Salyan rayon sakini evdə sirkə turşusu içərək ölüb.

İqtisadiyyat.az-ın xəbərinə görə, hadisə mayın 16-da rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1962-ci il təvəllüdlü Babayev Vəliş Sabir oğlu müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə ağrılara doza bilməməsi səbəbindən yaşadığı evdə sirkə turşusu içib. Daha sonra o, Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin V.Babayevin həyətini xilas etmək mümkün olmayıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.