Sahibkarlığın İnkişafı Fondu (SİF) balansında olan nəqliyyat vasitələrini kasko sığorta etdirir.

Bu barədə İqtisadiyyat.az Fonda istinadən xəbər verir.

Bazar qiyməti 55 000 manat olan "Toyota Camry XV70",bazar qiyməti 30 000 manat olan "Toyota Camry XV50", bazar qiyməti 40 000 manat olan "Toyota Corolla e210" və bazar qiyməti 45 000 manat olan "Mitsubishi L200" markalı avtomobillər kasko sığortalanacaq.

Ümumilikdə, 11 ədəd avtomobilin hər birinin sığortası orta hesabla 945 manata başa gələcək.

SİF artıq avtosığorta şirkətlərinin biri ilə müqavilə bağlayıb.