"Sabah" klubunun sabiq qapıçısı, belaruslu Aleksandr Neçayevin Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət daxil olub.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 5725,55 manat vergi borcu yığılıb.

Məhkəmə işinə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Aleksandr Neçayev 2022-ci ilin yanvarında "Sabah"la 1,5 illik müqavilə imzalayıb. Klub elə həmin ilin dekarbında qolkiperlə yollarını ayırıb. O, karyerasını ölkəsi Belarusda davam etdirmək qərarına gəlib. 29 yaşlı qapıçı “Minsk” klubu ilə müqavilə imzalayıb.