Sabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Məlumata görə, iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

İranın müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də nümayəndə heyətinin tərkibindədir.