"Gürcüstanda və xaricdə fəaliyyət göstərən bir qrup şəxs hakimiyyəti zorakılıqla dəyişmək məqsədilə ölkədə vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, bu planın müəlliflərindən biri Mixeil Saakaşvilinin prezidentliyi dövründə Daxili İşlər Nazirliyinin rəis müavini, hazırda isə Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lordkipanidzedir.

Gürcüstan kəşfiyyatının məlumatına görə, planı həyata keçirmək üçün Lordkipanidzenin tabeliyində gürcü əsilli şəxslər, o cümlədən Saakaşvilinin mühafizəsinin keçmiş üzvü Mixail Baturin, həmçinin Saakaşvilinin yaxın çevrəsinin üzvü Mamuka Mamulaşvili də var. Sonuncu şəxs Ukraynada fəaliyyət göstərən gürcü legionunun komandiridir.

Gürcüstanın xüsusi xidmət orqanlarının məlumatına görə, iğtişaşların başlanması üçün planlaşdırılan tarix oktyabr-dekabr aylarıdır. O zaman Aİ-nin Gürcüstanın assosiasiyaya üzvlüyünün perspektivləri haqqında hesabatı dərc olunacaq.