“Yaxın günlərdə bir sıra rayonlarda 30-39 dərəcəyə qədər istilər gözlənilir”. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a bildirib.

Belə ki, Krasnodarda havanın temperaturu 39 dərəcəyə, Qara dəniz sahillərində isə 32-34 dərəcəyə qədər yüksələcək:

"Bir sıra bölgələrdə yaxın günlərdə temperatur fonu normadan 7 dərəcə və ya daha yüksək olacaq - Tatarıstan , Çuvaşiya , Ulyanovsk vilayəti , Taymir, Saxalin, Xantı-Mansiysk Muxtar Dairəsinə artıq xəbərdarlıq edilib".