Ötən ilin dekabrında Rusiya neft və neft məhsullarının ixracını gündəlik 500 min barel artıraraq 7,8 milyon barelə çatdırıb ki, bu da son 9 ayda rekord göstəricidir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında bildirilib.

Məlumata görə, neft tədarükü noyabr ayına qədər sutkada 240 min barel artaraq 5 milyon barel, neft məhsullarının ixracı isə 260 min barel artıb.

Eyni zamanda, Rusiyanın neft ixracından əldə etdiyi gəlir son 6 ayın minimumuna - 14,4 milyard dollara enib.

Agentlik gəlirlərin azalmasını Rusiyanın "Urals" markalı neftinin və "Brent" markalı neftin ucuzlaşması ilə əlaqələndirir.

 

Sadiq Cavadov