Rusiya Ukraynanın Kiyev və Odessa vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiyanın hücumu nəticəsində Odessada liman infrastrukturu zədələnib. Bildirilib ki, Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə qüvvəsi ilə 23 PUA məhv edilib.

 

Gözəl Həşimova