Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının içində olduğu avtomobil atəşə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avtomobilin atəşə tutulması nəticəsində sülhməramlılar arasında ölənlər var. 

Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.