Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının sakinləri üçün daha 27 ton humanitar yardım çatdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirliyin "Telegram" kanalından məlumat verilib.

Məlumata görə, Rusiyanın "İl-76" təyyarəsi Mahaçqaladan Misirə uçub. Humanitar yardım Qəzzaya göndəriləcək Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə veriləcək.

Qeyd edək ki, noyabrın 16-da Rusiya Qəzza sakinlərinə 21 ton humanitar yardım göndərib.

 

Gözəl Həşimova