"Rusiya Özbəkistan iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyub və bu rəqəmin artması üçün potensial var".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin geniş tərkibdə Rusiya-Özbəkistan danışıqlarının əvvəlində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Özbəkistana investisiyaları ildən-ilə artır.

Bildirilib ki, Özbəkistanda Rusiyanın iştirakı ilə 3 minə yaxın müəssisə, Rusiyada isə özbək kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. 

 

Gözəl Həşimova