Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kulakov Kiril Denisoviç yeni komandan təyin edilib.

Qeyd edək ki, Denisoviçdən öncə general-polkovnik Aleksandr Lentsov sülhməramlıların komandanı kimi bir ildən çox fəaliyyət göstərib. O, 2022-ci ilin aprelin 25-də komandan kimi Qarabağdakı sülhməramlıların rəhbərliyinə təyinat almışdı.