Rusiya Mərkəzi Bankı 2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyini və Rusiyaya qarşı sanksiyaların davam edəcəyini proqnozlaşdırıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, Rusiya Mərkəzi Bankının “2024-2026 Dövlət Pul Siyasəti” başlığı ilə dərc etdiyi hesabatda ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələrə yer verilib.

Hesabatda qarşıdakı dövrdə neft qiymətlərinin ucuzlaşacağı qeyd olunub. Bundan başqa, Rusiyanın "Ural" neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı bildirilib. 

Qlobal iqtisadiyyat üçün iki mümkün ssenarinin yer aldığı hesabatda birinci ssenaridə qlobal iqtisadiyyatda parçalanma prosesinin sürətlənə biləcəyi və Rusiyaya təzyiqin daha da artacağı proqnozlaşdırılıb. İkinci ssenariyə görə, qlobal maliyyə sektorunda vəziyyət pisləşəcək və 2007-2008-ci illərin iqtisadi böhranı ilə müqayisə olunan qlobal maliyyə böhranı yaşanacaq.

"Rusiyanın ixrac məhsulları qlobal bazarda endirimlə satılmağa davam edəcək", deyə hesabatda məlumat verilib.

Gülşən Şərif