İranın “Pars-1” peyki fevralın 29-da Rusiya raket daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur deyib.

“Sabah İrana məxsus və yerli şirkətlər tərəfindən inşa edilən “Pars-1” peyki Rusiyanın raket daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq”, - deyə o bildirib.