Rusiya iqtisadiyyatı ilin birinci yarısında illik bazda 1,4 faiz artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlama verib.

Açıqlamada ilin ikinci rübündə ölkə iqtisadiyyatının 4,6 faiz artdığı bildirilib.

Rusiya iqtisadiyyatının iyun ayında yüzdə 5,3 böyüdüyü bildirilən açıqlamada, ilin ilk yarısında illik bazda yüzdə 1,4 artım qeydə alındığı ifadə edilib.

Açıqlamada, sənaye istehsalının ilin birinci yarısında əvvəlki ilə nisbətən yüzdə 2,6 artdığı, iyun ayında inflyasiyanın illik bazda yüzdə 3,6 olaraq qeyd edildiyi vurğulanıb.

Rusiya Mərkəzi Bankının hesablamalarına görə, keçən il 2,1 faiz daralmış Rusiya iqtisadiyyatının bu il 2 faiz civarında böyüməsi gözlənilir.