“Rusiya humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”, - deyə o, bildirib.

 

Gözəl Həşimova