2024-cü ildə Rusiya büdcəsində sosial xərclərin payı son 12 ilin minimumuna enib.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, gələn il federal büdcə xərclərinin ümumi strukturunda "Sosial siyasət" istiqaməti üzrə xərclərin payı 2011-ci ildən bəri minimuma endiriləcək. Halbuki, bu sahə büdcə xərclərinin bölgüsündə hər zaman lider olub.

Lakin 2024-cü il büdcəsində vəsaitin çoxunun “Milli Müdafiə” sahəsinə xərcləməsi (bütün xərclərin 29,3%-i və ya 10,7 trilyon rubl) planlaşdırılır. Büdcədə "Sosial siyasət" ikinci ən böyük sahə olacaq. Belə ki, büdcədən bu sahəyə 7,71 trilyon rubl və ya bütün xərclərin 21,1%-i ayrılıb.

 

Gözəl Həşimova