Cari il üçün Avropada qaz ehtiyatları maksimal həddə toplanıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, qaz anbarları qış aylarına hazır vəziyyətə gətirilib. 

Ekspertlər hesab edir ki, Kreml enerji faktorunu Ukraynaya dəstək verən Avropa ölkələrinə qarşı təzyiq və təsir aləti kimi istifadə edə bilməyəcək.

Tədarük müddətinin noyabrın 1-nə qədər olmasına baxmayaraq, Avropa İttifaqı ölkələri artıq avqustun ortasında qaz ehtiyatlarını 90% uğurla doldurub. Bundan əlavə, Avropanın enerji təchizatı mənbələrini xeyli genişləndirdiyi də bildirilir.

Politoloqların fikrincə, məhz bu səbəbdən Rusiya bu qış Avropanı qazla şantaj edə bilməyəcək.