"Bank BTB" ASC 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb.

İlk üç ayda Bank BTB-nin faiz gəlirləri 5  milyon 239 min manat, faiz xərcləri 2 milyon 866 min manat olu. Nəticədə bankın xalis faiz gəlirləri 2018-ci ilin ilk rübü ilə müqayisədə 47,8% artaraq 1 milyon 606 min manatdan 2 milyon 373 min manata yüksəlib.

Birincü rübdə Bank BTB-nin qeyri-faiz gəlirləri 1 milyon 402 min manat, qeyri-faiz xərcləri 3 milyon 496 min manat olub.

Nəticədə bankın birinci rübdə əməliyyat mənfəəti 279 min manat olub.

Bununla yanaşı, Bank BTB aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 2 milyon 966 min manat ayrılıb.

Nəticədə 2019-cu ilin 1-ci rübündə Bank BTB-nin xalis zərəri 2 milyon 688 min manat təşkil edib.

Xatırladaq ki, Bank BTB 2018-ci ilin ilk rübünü 298 min manat mənfəətlə bitirmişdi. 2018-ci ili isə ümumilikdə 704 min manat mənfəətlə bağlamışdı.

Birinci rübdə bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 7,5%  azalaraq 291 milyon 088 min manata yüksəlib.

Birinci rübdə «Bank BTB»nin kapitalı da azalıb. Bankın cəmi kapitalı 4,5% azalaraq 55 milyon 406 min manatdan, 52 milyon 888 min manata düşüb. //Fed.az

110723

110724