"Avropa İttifaqının (Aİ) Ukraynanın icmaya daxil olması ilə bağlı danışıqlara başlamaq qərarı təxirə salına bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Aİ-nin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Avropa İttifaqı ölkələrinin liderlərinin bu qərarı 2023-cü ilin dekabrında Brüsseldə keçiriləcək sammitdə verəcəyi planlaşdırılırdı: "Düşünürəm ki, bəzi insanlar bu ifadəni işlədəcəklər: Gələn ilin mart ayında bu məsələyə yenidən qayıdaq".

Əlavə edilib ki, Macarıstan bu qərarın Aİ-nin 27 ölkəsi tərəfindən yekdilliklə qəbul edilməsinə mane ola bilər.

"Reuters"in məlumatına görə, Ukraynanın Aİ-yə qoşulma perspektivlərinin növbəti dəfə qiymətləndirilməsi 2024-cü ilin martına planlaşdırılıb.