"Yaxın Şərqdə sülhün bərqərar olması üçün yeganə real variant İsrail və Fələstin dövlətləri arasında birgəyaşayış konsepsiyasıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq regionunda vəziyyətlə bağlı açıq debatında deyib: "Hətta bu ciddi və təcili təhlükə anında belə, biz həqiqi sülh və sabitliyin yeganə real əsasını – iki dövlətli həll yolunu gözdən qaçıra bilmərik".

"İsraillilər qanuni təhlükəsizlik ehtiyaclarının qarşılandığını, fələstinlilər isə müstəqil dövlət üçün qanuni istəklərinin BMT qətnamələri, beynəlxalq hüquq və əvvəlki razılaşmalara uyğun olaraq həyata keçirildiyini görməlidirlər", - deyə BMT-nin baş katibi əlavə edib.

Quterreş dezinformasiya ilə mübarizənin vacibliyini də vurğulayıb: "Biz antisemitizm, anti-müsəlman təəssübkeşliyi və nifrətin bütün formaları ilə mübarizə aparmalıyıq".