BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə qatılmaq üçün ABŞ-yə səfər edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Zaqafqaziyadakı vəziyyəti və Ukraynadakı münaqişənin nəticələrini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin mətbuat xidməti məlumat yayıb.

"Baş katib və baş nazir BMT və Gürcüstan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar Zaqafqaziyadakı vəziyyət və Ukraynadakı müharibənin nəticələri barədə fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.