Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli vətəndaşları panikaya, təşvişə düşməyəyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Elə qorxulu bir şey olsa, biz özümüz məlumat verərik ki, kimlər təxliyyə olunsun. Hazırda qorxulu bir şey yoxdur. Şükürlər olsun ki, təşvişə düşəcək məsələ yoxdur", o əlavə edib.