2001-2021-ci illər arasında dünyada 25 milyon hektara qədər meşə sahəsi yanıb. Bu da təxminən Böyük Britaniyanın ölçüsünə bərabərdir.

İqtisadiyyat.az xəbər verir ki, Kembric Universiteti və Avstraliya Milli Universitetindən bir qrup britaniyalı və avstraliyalı tədqiqatçısı bu qənaətə gəlib.

Tədqiqat "Nature Geoscience" (NatGeo) elmi jurnalında dərc olunub.

Hesabata görə, son on ildə illik meşə yanğınlarının sayı üç dəfə artıb. Ən çox zərər çəkənlər Braziliya, Avstraliya, Kanada, ABŞ və Rusiyanın Sibir bölgəsidir.

Dünya meşələrində yanğın riskinin artmasının mümkün səbəblərindən biri ağacların kəsilməsinin meşələri yanğına qarşı daha həssas etməsidir. Tədqiqatçıların fikrincə, meşə yanğını vəziyyəti yaxın gələcəkdə odun və kağız qıtlığına səbəb ola bilər.

Problemi həll etməyin bir yolu plantasiyalarda daha çox ağac yetişdirməkdir. Belə plantasiyalar artıq kommersiya məqsədləri üçün istifadə olunan əsas ağac növlərinin üçdə birini istehsal edir. Buna baxmayaraq, plantasiyalar təbii meşələrin yalnız 3%-ni təşkil edir.

 

Gözəl Həşimova