Dünya üzrə ən güclü iqtisadiyyatlara sahib olan ABŞ, Çin və Hindistanın ümumi daxili məhsulunun (ÜDM) 24 illik dəyişimi açıqlanıb.
Bu barədə İqtisadiyyat.az "World of Statistics"ə istinadən xəbər verir.
Məlumata görə, iqtisadi həcminə görə 2000-ci ildə lider olan ABŞ 2024-cü ildə ikinci pilləyə enib. Belə ki, Çin iqtisadi gücü ilə ABŞ-ni bu siyahıda geridə qoyub.
Statistik göstəricilərə əsasən, 2000-ci ildə ABŞ, Çin və Hindistanın ümumi daxili məhsulunun (ÜDM) həcmi belə olub:
2000-ci il |
ÜDM həcmi |
ABŞ |
10,25 trilyon dollar |
Çin |
3,66 trilyon dollar |
Hindistan |
2,02 trilyon dollar |
2024-cü ildə isə dünyanın 3 ən güclü iqtisadiyyatında dəyişim belə olub:
2024-cü il |
ÜDM həcmi |
Çin |
35,04 trilyon dollar |
ABŞ |
27,97 trilyon dollar |
Hindistan |
14,26 trilyon dollar |
Gözəl Həşimova