"Qlobal iqtisadiyyat üçün əsas risklər yüksək inflyasiya, aparıcı Mərkəzi Bankların faiz dərəcələrini artırması və Çində iqtisadi artımın yavaşlamasıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Moody's"in suveren risklər üzrə reytinq agentliyinin rəhbəri Mari Deron "CNBC" telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, yuxarıda sadalanan amillərin hamısı dünyada iqtisadi artımın sürətlənməsi üçün əsas maneələrdir: "Asiya-Sakit Okean regionunda inkişaf etməkdə olan iqtisadiyyatlar yaxın gələcəkdə Çində iqtisadi artımın yavaşlamasından mənfi təsirlənəcəklər. Bununla belə, Çində istehsalın canlanması üçün heç bir perspektiv yoxdur. Bu da regionda defolt riskinin artmasına imkan verir".

 

Gözəl Həşimova