Ötən il qlobal beynəlxalq birbaşa investisiyaların həcmi 2% azalaraq 1,33 trilyon dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) "Dünya İnvestisiya Hesabatı"nda deyilir.

Açıqlamada bildirilib ki, investisiyaların həcmi 1,36 trilyon dollardan 1,33 trilyon dollara enib.

Hesabatda qeyd olunub ki, maliyyələşdirmə imkanları yaxşılaşarsa və investisiyaların asanlaşdırılmasına yönəlmiş səylər müsbət nəticə verərsə, ilin qalan hissəsində məhdud irəliləyiş müşahidə oluna bilər.

Eyni zamanda, hesabat dövründə Türkiyənin birbaşa xarici investisiya axınındakı payı 1%-dən 0,8%-ə enib.

 

Gözəl Həşimova