Bakı Fond Birjasında 2020-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 572,2 milyon manat təşkil edib.

İqtisadiyyat.az-ın Bakı Fond Birjasından əldə etdiyi məlumata görə, ümumi təkrar bazar üzrə ticarət həcmində 42 faiz, korporativ qiymətli kağızlar bazarı üzrə 81 faiz, repo əməliyyatları üzrə isə 64 faiz olmaqla, səhmlər üzrə ilkin bazarda 100 misli, səhmlər üzrə təkrar bazarda isə 8,5 misli qədər böyümə qeydə alınıb.

2020-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10 faiz böyüyərək 2 milyard 705,3 milyon manat təşkil edib.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində BFB-nin əqdlərin həcmi 5 milyard 657,3 milyon manat, əqdlərin sayı isə 1221 olub. 

Dövlət istiqrazlarının (Maliyyə Nazirliyinin) əqdlərinin həcmi 711,4 milyon manat, əqdlərin sayı 257 olub. 

Azərbaycan Respublikasının Mərkəzi Bankın əqdlərinin həcmi 4 milyard 307,3 milyon manat, sayı isə 521 olub.

2020-ci ilin yanvar-sentyabr aylarında, yəni, 176 ticarət günü ərzində əqdlərin orta günlük həcmi 32,1 milyon manat təşkil edib.