İsrail və HƏMAS qruplaşması arasında Qəzza bölgəsində davam edən döyüşlərdə ölənlərin sayı 36 096-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında son 24 saatda daha 46 nəfər həyatını itirib, 110 nəfər isə yaralanıb.

Bununla da yaralıların sayının 81 136-a çatdığı bildirilib.

 

Gözəl Həşimova