Deputat Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əmisi Qəzənfər Paşayev APA-ya açıqlamasında deyib ki, yayılan xəbərlər (ölümlə bağlı) yalandır, Qənirə Paşayeva hazırda aparata qoşuludur.

O bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır: “Ayrı bir şey də yoxdur. Deyilən xəbərlər yalandır”.

Eyni zamanda, qardaşı Hüseyn Paşayev deyib ki, bacısının vəziyyəti ağır-stabildir: “Hazırda buradayıq. Yeni heç nə yoxdur. Vəziyyəti əvvəlki kimidir”.