Bu gün keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Texnologiyanın tətbiqində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

Xatırladaq ki, imtahanda 24.028 abituriyentin iştirakı nəzərdə tutulur.