Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.