"Qazprom" sentyabrın 21-dən 27-dək “Sibirin Gücü” qaz kəmərində planlı təmir işlərinin aparılacağını açıqlayıb. Bu müddət ərzində qazın nəqli dayandırılacaq. 

İqtisadiyyat.az bu barədə Kommersant-a istinadən bildirir.

Şirkətin sözlərinə görə, Çinin CNPC şirkəti ilə bağlanmış müqaviləyə əsasən, qaz kəməri avadanlıq və sistemlərinə ildə iki dəfə, yaz və payız aylarında texniki xidmət göstərilir.

Xatırladaq ki, “Sibirin gücü” Çayandinskoye yatağından qazı Çinə və Uzaq Şərqdəki Rusiya istehlakçılarına çatdırır. Qaz kəmərində sonuncu dəfə profilaktik işlər martın 29-dan aprelin 5-dək aparılıb.