Qazaxıstan hakimiyyəti Əfqanıstan tərəfinə Qazaxıstanda ticarət ofisi açmağı təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

"Əməkdaşlığın intensivləşdirilməsi üçün Əfqanıstana Herat şəhərindəki Qazaxıstan ticarət evinin potensialından istifadə etmək və bu ölkədə ticarət nümayəndəliyi açmaq təklif olunub", - məlumatda deyilir.

 

Gözəl Həşimova