Yağan aramsız yağışlardan sonra Qazaxda çay daşıb. Nəticədə rayonda bir kəndin ərazisini sel suları basıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Videodan məlum olur ki, Xram çayının daşması nəticəsində qazaxın İknci Şıxlı kəndini sel basıb, torpaq sahələri və ətraf ərazilər sel sularının alıtnda qalıb.

Bundan başqa, Ağstafa çayın daşması nəticəsində rayonun mərkəzi hissələrində müəyyən əraziləri su basıb.