Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Bu barədə İqtisadiyyat.az yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.