"Rusiya sülhməramlıları Qarabağda müvəqqəti nəzarət-buraxılış məntəqələrini bağlayıblar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı ilə təhlükəsizliyin təmin edilməsi və mülki əhaliyə qarşı humanitar hüquqların qorunması istiqamətində davamlı əməkdaşlıq edilir", - məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb: "Əsgəran, Ağdarə və Şuşa rayonlarında keçmiş təmas xətti boyunca müvəqqəti buraxılış məntəqələrinin sökülməsi başa çatıb".