"Rusiya Azərbaycan və Ermənistanla Qarabağ ətrafındakı vəziyyətlə bağlı təmasları davam etdirir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Kreml ABŞ-nin Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Bununla bağlı hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - deyə Peskov qeyd edib.

 

Gözəl Həşimova