"2023-cü il dekabrın 11-də Rusiya sülhməramlılarına aid BTR-82-nin Qarabağın dağ yolunda qəzaya uğraması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi isə orta və ağır xəsarətlər alıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara lazımi tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə stasionar tibb müəssisəsinə aparılıblar", - məlumatda deyilir.