Dövlət Komitəsi olaraq, artıq itkin düşənlərin axtarışı və tapılan cəsədlərin qalıqlarının eyniləşdirilməsi üzrə təcrübəsi olan ölkələrin işi ilə tanış olmağa başlamışıq.

İqtisadiyyat.az xəbər verir ki, bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Həmçinin sırf bu sahədə fəaliyyət göstərən yüksək peşəkarlıq və təcrübəyə malik İCMP və digər təşkilatların da imkanlarından istifadə etməyi nəzərdə tuturuq",- o deyib.//APA//