“Qafqaz Lizinq” MMC 2019-cu ili 52 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 59 min manat zərərlə çıxmışdı.

Ötən il “Qafqaz Lizinq”in gəlirləri 117 min manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox), xərcləri isə 65 min manat (24,6% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Qafqaz Lizinq”in aktivləri 716 min manat olub ki, bu da illik müqayisədə 8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri təxminən 20% artaraq 8 min manata, balans kapitalı isə 8% artaraq 708 min manata çatıb.

Xatırladaq ki, “Qafqaz Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 660 min manatdır. Report