Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. 

Bu barədə İqtisadiyyat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər.

Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurumun nümayəndələri hadisə yerindədir.