Rusiya prezidentliyinə namizəd Vladimir Putini dəstəkləyən vətəndaş imzalarının ilk partiyası onun seçki qərargahına gəlib.

Bu barəd İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləmək üçün Rusiya üzrə yarım milyondan çox vətəndaşın imzası toplanıb.

Bu gün Moskva vilayətindən ilk partiya Mərkəzi Seçki Qərargahına gəlib. Digər bölgələrdən imzalar isə yanvarın 5-dən sonra gəlməyə başlayacaq.

 

Gözəl Həşimova