"Moskva və Ankara gələn il ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yeni il təbriki göndərən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün son vaxtlar çox iş görülüb:

"Hər iki ölkənin birgə səyləri ilə böyük enerji və infrastruktur layihələri həyata keçirilib. Bundan əlavə, regional münaqişələrin həllində Rusiya və Türkiyə böyük töhfələr verib".

 

Gözəl Həşimova