Rusiya prezidenti Vladimir Putin hökumətlərarası sazişlər çərçivəsində Rusiya şirkətlərinin ixracına görə ödənişlərin Rusiyadan kənar banklarda saxlanılmasına icazə verən qərarı təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, Rusiya şirkətləri hökumətlərarası müqavilələr çərçivəsində ixrac etdikləri məhsullara görə etdikləri bütün ödənişləri xaricdəki banklarda saxlaya biləcəklər.

Buna qədər Rusiyada 2022-ci ilin mart ayında qəbul edilmiş qərara əsasən ixracatçı şirkətlər valyuta gəlirlərinin 80 faizini satmalı idilər.

Qeyd edək ki, Rusiya şirkətləri hökumətlərarası sazişlər çərçivəsində xaricə əhəmiyyətli miqdarda neft və təbii qaz ixrac edir.