Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də Rusiyaya səfər edəcək Cənubi Sudan prezidenti Salva Kiir ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya-Cənubi Sudan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.

 

Gözəl Həşimova