"Azərbaycan ordusu həssaslıqla davrandı".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Qarabağdakı hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu: “Ona görə də Azərbaycan ordusu məhdud, lokal anti-terror tədbirləri keçirməli oldu. Azərbaycan ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.