Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, M.Məmmədov Milli Məclisin deputatıdır. O, 1963-cü il oktyabrın 4-də Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. Sabah M.Məmmədovun 60 yaşı tamam olur.