Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 63 yaşlı A.Ağayev 2018-ci ildə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. O, 2013-2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.