Bu ilin ilk 6 ayında fiziki şəxslər Azərbaycandan xarici ölkələrə 259 milyon 600 min dollar pul göndəriblər.

İqtisadiyyat.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən pulların miqdarı 1,9%-i və ya 4 milyon 890 min dollar artıb.

Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Altı ay ərzində xaricə köçürülən pulların 29,5%-i (76,6 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon dollar artıb.

Bu ilin ilk yarısında Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb:

Türkiyə - 76,6 milyon dollar (ümumi pulların 29,5%-i)
Rusiya –  29,4 milyon dollar (11,3%)
ABŞ – 28,2 milyon dollar (10,9%)
Gürcüstan – 25,1 milyon dollar (9,7%)

Böyük Britaniya – 13,6 milyon dollar (5,2%)
Almaniya – 10,1 milyon dollar (3,9%)
Birləşmiş Ərəb Əmirlikləri – 7 milyon dollar (2,7%)
Çin – 6,3 milyon dollar (2,4%)
Kanada – 5,2 milyon dollar (2%)
Qazaxıstan – 5,1 milyon dollar (2%)
Ukrayna – 4,2 milyon dollar (1,6%)
İsveçrə – 3,6 milyon dollar (1,4%)
Fransa – 3,6 milyon dollar ( 1,4%)//Yeniavaz.com